İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi

İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Kanal1.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidentinin təqdimatı əsasında Naxçıvan MR Ali Məclisi qərar qəbul edib, Cabbar Musayev MR-in yeni baş naziri təyin olunub.