Qubada bir ailənin səkkiz üzvü qonaqlıqda zəhərləndi

Qubada bir ailənin səkkiz üzvü qonaqlıqda zəhərləndi

Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib.

Kanal1.Az "Report"a istinadən xəbər verir ki, rayonun Xucbala kəndində qonaqlıq zamanı 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-cı il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü N.Şabutova, 2010-cu il təvəllüdlü D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Onların "paytaxt" salatından zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.